Küftə

Son güncelleme: 02.09.2011 02:36
  • noimage


    Lazım olan ərzaqlar:

    400-500 q. çəkilmiş mal əti

    2 ovuca qədər ləpə (qorox)

    2 əd. iri soğana

    biraz kərə yağı

    cəfəri, kəvər, nanə

    Zirə və zirişk

    Yaşıl və qırmızı bibərlər (sarı da olar)

    Təxmini 1 ovucdan çox düyü

    1-2 x.q. tomat pastası

    1 yumurta

    Sarıkök

    Duz, istiot



    Hazırlanması:

    Bir gün öncədən rahat olsun deyə, ləpələri suda qoyub bişirirsiz.

    Küftələrin hazırlanması:

    Suda bişmiş ləpələrin bir hissəsini ayrı qaba susuz qoyursuz, o biri hissəsi suda olaraq qalır kənarda. Susuz olan ləpələri qabda əzirsiz yaxşıcana püre kimi.


    Üzərinə doğranılmış cəfəri, nanə, çəkilmiş soğan, rəndələnmiş bibərlər, zirə və zirişk, kəvər, düyü, yumurta, duz və istiot qatıb yaxşıcana qarışdırırsız, kotlet içi kimi.


    Suyunun hazırlanması:

    Qazanda doğranılmış soğanı qızardırsız.



    Üzərinə kənarda qabda ləpəli suyu əlavə edirsiz və normal su da üstünə əlavə edirsiz. Sonra sarıkök, duz, istiot, bulyon kubiki də olar, azcana kərə yağı qatırsız və qoyursuz qaynamağa.




    Kənarda 2 kiçik kasa götürürsüz.

    Birinə su tökürsüz, o birisinə zirə ilə zirişkdən qarışıq hazırlayırsız.


    Küftə üçün olan ətli qarışıqdan bir yekə ovuc qədər götürürsüz, o biri kasadakı suya əlinizi tez-tez batırırsız ki, küftəni formaya salanda əlinizə ət yapışmasın, küftəni yumrulayırsız top kimi, üstündən ortasına qədər iki barmaqla bir giriş kimi deşik açırsız və içinə bu biri kasadakı içlikləri əlavə edirsiz və bundan sonra küftə üçün olan ətli qarışıqdan götürüb bu deşiyi bağlayırsız (əlim batdıq olduğundan şəklini çəkə bilmədim), yaxşıcana yumrulayın ki, suda küftələr açılmasın! Əks halda, bütün yemək xarab olacaq.

    Küftələri suya qoyursuz. Təxmini 20 dəq. az xodda qaynayır.




    20 dəqiqə sonra düyü əlavə etmək lazımdır, 10 dəqiqə sonra isə doğranılmış bibərlər, cəfəri, nanə, kəvər, zirə qatıb 15 dəqiqə az xodda bişir.

    Sonra tomat pastası əlavə edilir və təxmini bir 20 dəqiqə də bişir.



    Süfrəyə verilmə qaydası:

    Kasalara küftənin suyu töklülür və süfrənin ortasına yekə buludda küftələr ayrıcana qoyulur.

    Yeyilmə qaydası:

    Çörək kasadakı suya doğranılır əl ilə, qarışdırılır və üzərinə buludda olan küftələr hissə-hissə ayrılıb əlavə edilir. 1 küftə o qədər yekədir ki, onun ancaq yarısını 1 nəfər adətən yeyə bilər





    Nuş olsun!
#02.09.2011 02:36 0 0 0