Allah adından elimsiz danışmaq

Son güncelleme: 14.09.2011 11:44
  • Din - Dini yazılar


    Allah və rəsulu adından yalan danışmaq. Imam Nəvəvi (Allah ona rəhmət etsin!) deyir: "Əhli sünnə və Camaatın rəyinə görə yalan, bilməyərəkdən və ya qəsdən bir şeyi olduğu kimi deyil, onun əksi barəsində xəbər verməkdir. Lakin, bilməyərəkdən yalan danışmaq günah sayılmaz. Yalnız bilərəkdən və qəsdən danışılan yalan günahdır". (Nəvəvinin "Zikrlər" 326)



    Allah və rəsulu adından yalan danışmaqdan çəkin! Şübhə yoxdur ki, Allah və rəsulu adından yalan danışmaq başqaları adından yalan danışmaqdan daha böyük günah və daha çirkin əməldir. Allah taala buyurur: "(Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: "(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz". (əl-Ənam, 144)



    Başqa bir ayədə Allah taala buyurur: "De: "Bunu (haram saydıqlarınızı) Allah haram buyurmuşdur deyə, şəhadət verəcək şahidlərinizi gətirin!" Şayəd onlar (yalandan) şahidlik etsələr, sən onlarla birlikdə şahidlik etmə, ayələrimizi yalan hesab edənlərin və axirətə inanmayanların nəfslərinin istəklərinə uyma. Onlar (bütləri) öz Rəbbinə tay tutarlar". (əl-Ənam, 150)



    Allah taala buyurur: "Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Bə'zi müsəlmanlar: "Hansı əməllərin Allaha daha xoş getdiyini bilsəydik, onları edər, malımızı və canımızı onların yolunda qoyardıq!" - deyirdilər. Lakin cihad əmri nazil olduqda bu, bir çöx mö'minlərin xoşuna gəlmədi). Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar". (əs-Saf, 2-3)
    Uca Allah buyurur: "Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar". (əl-Ənam, 21)



    Allah taala buyurur: "Və ya: "Əgər bizə də kitab nazil edilsəydi, onlardan daha artıq düz yolda olardıq", - söyləməməyiniz üçün (göndərdik). Artıq Rəbbinizdən sizə açıq-aşkar bir dəlil, hidayət və mərhəmət gəlmişdir. Allahın ayələrini yalan hesab edib onlardan üz çevirəndən daha zalım kim ola bilər?! Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə ən pis cəza ilə cazalandıracağıq". (əl-Ənam, 157)



    Allah taala buyurur: "De: "Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar". (Yunus, 69)
    Başqa bir ayədə: "Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar". (ən-Nəhl, 105) "Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): "Bu halaldır,o haramdır!" - deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar". (ən-Nəhl, 116)



    Allah taala buyurur: "Allaha iftira yaxan, özünə heç bir vəhy olunmadığı halda: "Mənə də vəhy olunmuşdur, mən də Allahın nazil etdiyi (Qur'an) kimi bir kitab endirəcəyəm", - deyən şəxsdən daha zalım kim ola bilər? Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini uzadıb: "Çıxarın canlarınızı! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalan¬dırılacaqsınız!" - dediklərini görəydin". (əl-Ənam, 93)



    Başqa bir ayədə isə Uca Allah buyurur: "De: "Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zana etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur". (əl-Əraf, 33)
    Əlidən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə peyğəmbər (s) buyurur: "Mənim adımdan yalan danışmayın! Mənim adımdan yalan danışan oda girəcəkdir". (Buxari 1/35 Müslim 1/9 Bax; "əl-Lulu val Mərcan" 1/1)



    Abdullah bin Zubeyr atasından rəvayət edir ki, mən Zubeyrə dedim: Mən sənin fılankəslər kimi rəsulullahdan (s) hədis rəvayət etdiyini eşitmirəm". O dedi: "Mən onu tərk etməmişəm. Lakin, onun (s) belə buyurduğunu eşitmişəm: "Kim mənim adımdan yalan danışarsa, oddan hazırlanmış yerini hazır bilsin!" (Buxari 1/35 "Fəthul Bari" 1/200)
    Ənəs buyurur ki, peyğəmbərin (s) "kim mənim adımdan bilərəkdən yalan danışarsa, onun üçün oddan hazırlanmış yerini hazır bilsin!" kəlamı məni sizə çoxlu hədis söyləməkdən çəkindirir". (Buxari 1/35 "Fəthul Bari" 1/201 Müslim 1/10)



    Əbu Hureyrə rəsulullahın (s) belə buyurduğunu rəvayət edir: "Məni öz adımla adlandırın! Kunyəmlə mənim adımı çəkməyin! Məni yuxusunda görən, deməli məni görmüşdür. Çünki, şeytan mənim surətimə girə bilməz. Və kim mənim adımdan yalan danışsa, onun üçün oddan hazırlanmış yerini hazır bilsin!" (Buxari 1/36 "Fəthul Bari 1/202)



    Sələmə bin Əkva peyğəmbərdən (s) belə eşitdiyini rəvayət edir: "Kim mənim demədiyim bir şeyi mənim adımdan desə, onun üçün oddan hazırlanmış yeri hazır bilsin!" (Buxari 1/35 "Fəthul Bari" 1/201)
    Müslimdə keçən hədislərin birində peyğəmbər (s) buyurur: "Mənim adımdan yalan olduğunu bilə-bilə bir hədis danışan yalançılardan biridir". (Müslimin müqəddiməsi 1/9 İmam Nəvəvi "Müslimin şərhi" 1/65)
    Muğira bin Şöbə peyğəmbərdən (s) belə eşitdiyini rəvayət edir: "Mənim adımdan yalan danışmaq, başqası adından yalan danışmaq kimi deyil. Mənim adımdan qəsdən yalan danışan onun üçün oddan hazırlanmış yerini hazır bilsin!" (Müslimin müqəddiməsi 1/11 İmam Nəvəvi "Müslimin şərhi" 1/65 Buxari 8/81)



    Vasilə bin əl-Əsqadan (Allah ondan razı olsun!) rəvayət olunur ki, rəsulullah (s) belə buyurur: "Böhtanların ən böyüyü başqasının onun atası olduğunu iddia etmək, gözlərinin görmədiyi bir şeyi görmüş kimi qələmə vermək və Allahın rəsulunun demədiyi bir şeyi onun adından danışmaqdır". ("Fəthul Bari" 6/540)



    Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət olunan hədisdə rəsulullah (s) buyurur: "İnsanın hər eşitdiyini danışması, onun yalan danışmasına kifayətdir". (Müslimin müqəddiməsi 1/10 Imam Nəvəvi "Müslimin şərhi" 1/65)
    Abdulla bin Məsudun belə dediyi rəvayət olunur: "İnsanların ağıllarının dərk etmədiyi bir hədisi onlara danışma! Əksinə, bu, bəzilərinin fitnəyə düşmələrinə səbəb olacaq". (Müslimin müqəddiməsi 1/11 İmam Nəvəvi "Müslimin şərhi" 1/76)



    Ömər bin əl-Xəttab (Allah ondan razı olsun!) buyurur: "Bir insanın hər eşitdiyini danışması, onun yalan danışmağına bəs edər". (Müslimin müqəddiməsi 1/11 İmam Nəvəvi "Müslimin şərhi" 1/65)
    İbn Vahb deyir ki, Malik mənə belə buyurdu: "Bil ki, hər eşitdiyini danışan insan salamat qalmaz. Ondan heç vaxt imam olmaz". (Müslimin müqəddiməsi 1/11 İmam Nəvəvi "Müslimin şərhi" 1/65)
    Əbdurrəhman bin Mehdi deyir ki, bir kişi eşitdiklərinin bəzisini tərk etmədikcə, ondan nümunə götürülən imam olmaz". (Müslimin müqəddiməsi 1/11 İmam Nəvəvi "Müslimin şərhi" 1/65)



    Peyğəmbərin (s) adından yalan danışmaq haramdır. Bu, böyük günah və çirkin bir əməldir. Lakin, bunu etmək küfr deyil. Onu halal hesab edənlər isə istisnadır. Bu icma alimlərinin görüşüdür.
    Başqa bir rəyə görə onu qəsdən etmək küfdür. Bu görüş Şeyx Əbu Məhəmməd əl-Cuveyniyə məxsusdur. Lakin, onun oğlu iki müqəddəs haramın imamı və ondan sonra gələnlər bu fikri zəif hesab etdilər. Ibn Muneyr qeyd edir ki, peyğəmbərin adından yalan danışmaq haram olan bir şeyin halal hesab edilməsinə gətirib çıxarırsa, bu artıq küfrdür. Iki müqəddəs haramın imamı əvvəldə qeyd olunmuş fikri yalnış hesab edir. Imam Nəvəvi və Hafiz İbn Həcər cumhur alimlərin fikrini dəsdəkləyir. Bu fikir də ondan ibarətdir ki, bu əməli halal hesab edənlərdən başqası küfr etmiş olmaz.



    Imam İbn Həcər deyir: "Peyğəmbərin adından yalan danışmaq böyük, başqasının adından yalan danışmaq isə nisbətən kiçik yalandır. Bunlar fərqlidir, bunları edənlər eyni cəzaya layiq deyillər. Rəsulullahın (s) onun adından yalan danışanlar barəsində "yerlərini hazır bilsinlər" kəlamı uzun müddətli əzabın olacağından xəbər verir. Hədisə zahirən diqqət verdikdə oradan çıxmayacaqları da başa düşülə bilər. Ancaq, qəti dəlillər onu göstərir ki, cəhənnəmdə əbəbi qalmaq kafirlərə xasdır. Peyğəmbər (s) onun adından yalan danışmaqla başqasının adından yalan danışmağı bir-birindən fəqləndirdi: "Mənim adımdan yalan danışmaq başqa birinin adından yalan danışmaq kimi deyil". (Buxari 2/81 Müslim 1/10 Bax "əl-Lulu val Mərcan" 1/1) Hədislərin birində isə qeyd olunur ki, peyğəmbərin (s) adından yalan danışmaq fasiqlikdir. (Bu mövzu barəsində demək olar ki, əvvəldən axıradək İmam Nəvəvinin şərhindən və "Fəthul Bari"dən iqtibas gətirilmişdir).



    Rəsulullahın adından yalan danışmaq Allahın adından yalan danışmaqdır. Çünki, Allah taala buyurur: "O, havadan danışmır. Yalnız ona vəhy olunan vəhydir". (ən-Nəcm, 3-4) Peyğəmbərin (s) adından yalan danışmaq Allah taalanın bu ayəsində xatırlananlardır: "De: "Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar". (Yunus, 69)

    Alıntı..
#14.09.2011 11:44 0 0 0