"Həqiqətən ALLAH yanında ayların sayı, göyləri və
yeri yaratdığı gündən bəri ALLAHın kitabında 12-dir."
(Ət-Tövbə, 36)
Maraqlıdır ki " ay" sözü bütün Quranda 12 dəfə, " gün" sözü 365 dəfə,
" günlər" və " 2 gün" sözləri 30 dəfə, yəni bir ay kimi istifadə edilib.
Belə bir simmetriya və mütənasiblik təsadüfən alınarmı? Bu təsadüf ola bilməz!
"İnsanlar" və onun sinonimi olan "Bəşəriyyət" - 368 dəfə təkrarlanır.
"Çətinlik" və onun qarşılıqlı sğzü olan "Səbr" - 102 dəfə təkrarlanıb.
"O gün" sözü ALLAHın varlıqlarını sorğu-sual üçün dirildəcəyi gün
mənasında 70 dəfə təkrarlanır ki, "axirət" sözü də eyni sayda, 70 dəfə təkrarlanır.
"Quran" sözü "vəhy" (yəni ALLAHdan gələn) sözü ilə eyni sayda işlənib - 80 dəfə...
"Şərab" və "donuz" sözü ayrı ayrılıqda haram olaraq eyni sayda, 5 dəfə təkrarlanıb.
"Mələk" və "şeytan" sözləri də eyni sayda, hərəsi 88 dəfə təkrarlanıb.
"Dünya" və "axirət" sözləri müxtəlif ayələrdə 115 dəfə işlədilib.
"Yaxşı əməl" və "pis əməl" sözləri eyni sayda, 167 dəfə təkrarlanıb.
"Ölüm" və "Həyat" sözləri onlardan törəmə sözlərlə birlikdə eyni sayda 145 dəfə təkrarlanıb.
"Fayda" və "Fəsad" sözləri də eyni saydadır - 50 dəfə.
"Yay" və "isti" sözləri, "qış" və "soyuq" sözləri müxtəlif yerlərdi eyni
sayda işləndiyi kimi hər iki söz bir yerdə, yəni "isti" və "soyuq"
sözləri eyni yerdə 4 dəfə təkrarlanıb.
"Əxlaqsızlıq" (" əl-fahşə") və "qəzəb" sözləri törəmə sözləri ilə birgə 24 dəfə təkrarlanıb.
"Bütlər" və onlara inanıb ALLAHa şərik qoşanlara aid edilən "şirk" sözü də eyni saydadır - 5 dəfə.
"Cəhənnəm" və "cəza" sözləri müxtəlif yerlərdə eyni sayda, 26 dəfə təkrarlanıb.
Sizcə bunlar adi bir təsadüf ola bilər? Qurani-Kərimin öyrənilməsi zamanı
aparılan tətqiqatlarda çox maraqlı bir fakt açıqlamışdılar.
Belə ki, bildiyimiz kimi Quran müxtəlif ayələrdən ibarət 114 surədən ibarətdir
və Quranda olan bütün bu rəqəmləri araşdırarkən bir qrafik çəkmişlər,
nəticədə qrafikdə olan bütün nöqtələri birləşdirdikdən sonra Ərəb əlifbası ilə
"ALLAH " sözü yazılmışdır. Bütün bunlar dönə-dönə sübüt edri ki
Quran ALLAHIN kitabıdır və bütün bunlar təsadüf ola bilməz!
"De ki əgər cinlər və insanlar bir yerə yığışıb bu Qurana bənzər bir şey
gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər"
(Əl-İsra 88)