Nəhayət bir gün bitəcək

Son güncelleme: 13.12.2011 09:36
  • Nəhayət bir gün bitəcək hekayesi

    Qoca yemir-içmir, böyük çətinliklərə qatlanaraq pul yığır və ev alır. Evi aldığı ilk gün " Evim, sən mənim illərdir çəkdiyim zəhmətin bəhrəsisən. Ömürboyu sənin üçün işləmiş, həyatımı tükətmişəm. Ona görə səndən bir xahişim var. Heç olmasa yıxılmazdan əvvəl məni xəbərdar et ki, ehtiyatımı görə bilim", - deyə səslənir. Evdən isə heç səs çıxmır, qoca da bunu razılaşmanın ifadəsi olaraq anlayır. Bu anlaşmanın üstündən bir il keçir. Bir gün pəncərə tərəfdəki divar çatlayır, qoca mala ilə ora sement vurur. Sonra qapı tərəfəki divar çatlayır, qoca oraya da sement vurur. Bir müddət sonra başqa bir yer, qoca oranı da təmir edir.
    Bu minvalla illər keçir. Bir gün qoca işdən qayıdarkən evinin dağıldığını görür. Gördüyü mənzərə qarşısında çox üzülür və evin xarabalığına "Ay evim, axı demişdim sənə, yıxılmamışdan əvvəl mənə xəbər verərsən", - deyə səslənir. Elə bu zaman xarabalıqdan bir səs yüksəlir: "Nə edim, ay qoca. Nə vaxt ağzımı açdım ki, səni xəbərdar edim, sən də bir mala sementlə ağzımı qapadın. Nəticədə də belə oldu."
    Həyatımız da eyni bu hekayəyə bənzəyir. Bir gün ağaran saçlarımız, başqa bir gün xəstəliklərimiz bunun bir gün bitəcəyindən xəbər verir. Çatlaqları sementləmə misalı saçlarımıza rəng vurmamız, nə də xəstəliklərdən qurtulma naminə dərman qəbul etməmiz, bu prossesi durdurmayacaq. Və olan olacaq. Bir kərə yaşanılacaq həyat, nəhayət bir gün bitəcək...

    Alıntı..
#28.11.2011 01:21 0 0 0
  • tesekkur
#13.12.2011 09:36 0 0 0