Tanınmış müğənni Britni Spirs keçmiş meneceri Cason Traviklə ailə qurmağa hazırlaşır. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, cütlük artıq toy vaxtını da seçib. Müğənni və keçmiş menecer yeni ili qeyd edəndən bir neçə gün sonra münasibətlərini rəsmiləşdirəcəklər.
Qeyd edək ki, Casob Travik mediaya açıqlamasında Spirslə çox yaxın münasibətdə olduğunu və onun ailəsi ilə də yaxından tanış olduğunu deyib.