Azərbaycan daha bir mötəbər quruma üzv seçilib

Son güncelleme: 12.12.2011 19:58
  • noimage

    Azərbaycan UNESCO-nun Silahlı münaqişələr zamanı mədəni obyektlərin qorunması üzrə Hökumətlərarası Komitəyə dörd il müddətinə üzv seçilib.

    Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu UNESCO-nun Baş Qərargahında silahlı münaqişələr zamanı mədəni obyektlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun 2-ci Protokoluna qoşulmuş dövlətlərin bu gün keçirilən növbəti iclasında baş verib. Azərbaycanla yanaşı, bu quruma Belçika, Hollandiya, Xorvatiya, Yaponiya və El-Salvador da daxil olublar.

    Qeyd edilib ki, dünyada nüfuzu ildən ilə artan Azərbaycanın UNESCO-nun müxtəlif daxili və hökumətlərarası orqanlarına uğurla seçilməsi, onların tərkibində rəhbər və digər vəzifələrin öhdəsindən layiqincə gəlməsi ölkəmizin siyasi müvəffəqiyyətlərinin bu mötəbər beynəlxalq təşkilatda əyani nümayişidir.

    12 üzvdən ibarət olan Hökumətlərarası Komitənin əsas vəzifəsi Konvensiya və onun 2-ci Protokolunun həyata keçirilməsinin, o cümlədən silahlı münaqişələr zamanı və işğal edilmiş ərazilərdə mədəni obyektlərin qorunması, onların gücləndirilmiş mühafizəsinin təminatı və monitorinq edilməsi ilə məşğuldur. Komitənin yeni tərkibdə növbəti iclası bu il dekabrın 14-16-da Parisdə UNESCO-nun Baş Qərargahında keçiriləcək.

    Qaynaq:Lent.az
#12.12.2011 19:58 0 0 0