Qənirə Paşayevanın Facebook səhifəsi yenidən dağıdılıb

Son güncelleme: 12.12.2011 20:00
  • noimage

    Millət vəkili Qənirə Paşayevanın “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi növbəti dəfə dağıdılıb. Bu gün səhər saat 7.26-da millət vəkilinin “Facebook” akkauntuna kənar müdaxilə olub, onun akkauntunun parolu dəyişdirilmiş (bu haqda elektron poçta məktub gəlib), sonra isə elektron poçt ünvanı dəyişdirilib . Bundan sonra isə millət vəkilinin “Facebook”dakı rəsmi səhifəsi tamamilə dağıdılıb.

    Qeyd edək ki, artıq üçüncü dəfədir ki, millət vəkilinin rəsmi səhifəsi hakerlər tərəfindən hücuma məruz qalır. Artıq bununla bağlı aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edilib və məsələ araşdırılır.

    Qaynaq:Lent.az
#12.12.2011 20:00 0 0 0