Bir müsəlman günah etdiyi zaman dərhal peşman olub tövbə etməlidir, etdiyi günahdan tövbə etmək üçün dəstəmaz alıb iki rükət namaz qılması lazımdır.
Peyğəmbərimiz (S.A.V) belə buyurmuşdur: "Hər hansı bir qul bir günah etdiyi zaman gözəlcə dəstəmaz alıb sonra iki rükət namaz qılar və Allahdan bağışlanmasını dilərsə, günahı bağışlanar".
İnsan zaman-zaman günah edə bilməkdədir. Belə vəziyyətlərdə etdiklərindən peşmanlıq duyaraq dərhal günah etməkdən imtina etməli, səmimi bir şəkildə tövbə edərək günahlarının bağışlanmasını Allahdan diləməlidir. Günahdan xilas olmanın çarəsi tövbə və istiğfardır. Sevimli peyğəmbərimiz (S.A.V) belə buyurmuşdur: "Günahlarından səmimi olaraq tövbə edən kimsə heç günah etməmiş kimidir".
Tövbə və istiğfar hər vaxt edilə bilər. Ancaq səhər vaxtında çox istiğfar etmək (günahların bağışlanmasını istəmək) müstəhəbdir. Uca Allah Qurani-Kərimdə səhər vaxtlarında istiğfar edənləri tərifləmişdir. Tövbə və istiğfar dualarının başı və ən fəzilətlisi Peygambər Əfəndimizin (S.A.V) bildirdiyi "Seyyidü'l-lstiğfar" duasıdır. "Seyyidü'l-İstiğfar" duası budur:
"Allâhümmə əntə rabbî lâ ilahə illâ əntə halaktənî və ənə abdükə və ənə alâ ahdikə və va'dikə məstəta'tü əûzü bikə min şərri mâ sanə'tü əbûu ləkə bini'mətikə aləyyə və əbûu bizənbî fağfirlî fəinnəhû lâ yəğfirü'z-zünûbə illə əntə."
Mənası:
"Allahım! Sən Rəbbimsən, səndən başqa Tanrı yoxdur; məni sən yaratdın, mən sənin qulunam, gücüm çatdığı qədər əzəldə sənə verdiyim əhd və vəd üzrə sabitəm. Allahım qüsurların pisliyindən sənə sığınıram. Mənə verdiyin nemətləri etiraf edirəm. Günahımı da etiraf edirəm. Günahlarımı bağışla, çünki günahları tək bağışlayan SƏNSƏN".
Peyğəmbərimiz (S.A.V) belə buyurur:
"Hər kim savab və fəzilətinə inanaraq bu duanı gündüz oxusa, o gün axşam olmadan əvvəl ölərsə, o kimsə cənnət əhlindəndir (Cənnətə girəcək olanlardandır). Hər kim savab və fəzilətinə inanaraq bu duanı gecə oxusa, səhər olmadan əvvəl ölərsə, o kimsə cənnət əhlindəndir”.
Gözəllər gözəli Allahım bizləri bağışlasın, etdiyimiz dualarımızı və tövbələrimizi qəbul etsin İNŞALLAH. Amin...