Uşaqlarda Sud Yarası Nece Emele Gelir? - Sud Yarası elametleri - Müalcesi
Süd yarası adlandırılan ağız xəstəliyi əslində göbələk infeksiyasıdır
Əlamətləri
Dil üzərindəki ağlıq süd yarası (el arasında pambıqça da deyirlər) deyil. Ümumiyyətlə quru süd və ana südünün artığı dili ağardır. Süd yarasına yoluxduqda isə yanağın içərisi və dodağın kənarları ağarır. Süd yarası bütün qastro-entestinal sistemə yayılır. Ağız, boğaz, mədə, bağırsaq və.s. Südyarası xəstəliyində uşağın yan hissəsində də pişik olur. Analar isə döşlərindəki ağrılardan şikayət edərlər. Süd yarası xəstəliyinə tutulan qadınlar döşlə əmizdirdikdə döşdə yandırıcı ağrı hiss edirlər. Dəri bu zaman parıltılı olur, qızarır və qabıq verir. Uşaqda isə (həmişə yox) ağızda ağ ləkələr və ya yanlarında səpkilər ola bilər. Qensianviolet ya nistatin tapmağa çalışın.
Müalicəsi
Müalicədə mütləq dərman istifadə edilməlidir. Uşağın ağız boşluğunu (və oturacaqlarını) və ananın döşünün müalicəsi üçün eyni preparatdan istifadə etmək olar. Belə halda, xoşagəlməz hal olduğuna baxmayaraq, uşağı döşlə əmizdirməyə davam edin. Əmizdirmənin birdən dayandırılması xəstəliyi kəskinləşdirə bilər. Əgər əmizdirmə dözülməz ağrı verərsə, südü ehtiyatla təmiz fincana sağın və uşağa verin. Mastitin əmələ gəlməməsi üçün isə siz südün axmasını təmin etməlisiniz.
Uşağın ağzını: 5 gün ərzində hər gün və ya günaşırı, yaxud zədələnmədən sonra 3 gün ərzində 0.25% məhlulla təmizləyin. Ananın döşünü: 5 gün ərzində hər gün 0.5% məhlulla təmizləyin.
Nistatin məlhəmi (100 000 v/q) gündə 4 dəfə əmizdirmədən sonra döşə sürtmək. Zədələnmənin sağalmasından sonra 7 gün sürtün.
Nistatin suspenziyası (100 000 v/ml). Pipetka vasitəsi ilə 1 ml uşağın ağzını yemləmədən sonra 7 gün ərzində təmizləyin və yaxud ananın müalicəsi ərzində.