Tez qocalmaya qarşı gen müalce

Son güncelleme: 13.12.2011 23:23
  • tez qocalma - tez qocalmanın sebleri

    "Science Translational Medicine" jurnalına istinadən verdiyi məlumata görə, Fransa və İspaniya ailimləri Nicolas Levy ilə Carlos Lopez-Otinin siçanlar üzərində apardığı gen müalicəsi, nadir rast gəlinən bu genetik xəstəliyin müalicəsində müvəffəqiyyətli olub.
    HGPS də deyilən xəstəliyə LMNA adı verilən gendəki mutasiyanın səbəb olduğu məlumatı ilə işə başlayan alimlər, mutasiyanın səbəb olduğu mənbələri yox etməyə çalışıblar.
    Alimlər siçanların genlərini dəyişdirərək, heyvanların bu gen qüsuruna sahib olmasını təmin ediblər.
    Aparılan gen müalicəsindən sonra heyvanların həyatının uzandığı və bir çox xəstəlik əlamətinin yox olduğu müşahidə edilib.
    Nəticələrin xəstəliyin müalicəsinə yaşıl işıq yandırması gözlənilir.
    Adını İngiltərədə xəstəliyi ilk dəfə aşkar edən Dr.Jonathan Hutchinson və Dr.Hasting Gilforddan alan xəstəlik, yeni doğulan hər 4-8 milyon körpədən birində müşahidə edilir. Körpələr sağlam şəkildə doğulur, ancaq əksəriyyətində elə ilk yaşlarından etibarən yaşlanma pozğunluqları, yağ itkisi, saç tökülməsi, yaşlanmış dəri görünüşü, omba əyriliyi, oynaq duzlaşması, ürək xəstəlikləri kimi hallar müşahidə edilir.
    Progerialı uşaqların yaşama müddəti 8-21 il olur.

    Nərgiz Kazımlı
#13.12.2011 23:23 0 0 0