Stomatoloqa gedənlər az infarkt olur

Son güncelleme: 14.12.2011 14:19
  • infarkt ve stomatoloqa

    Dişlərin müntəzəm olaraq təmizlənməsi ürək-damar xəstəliklərinə yaxalanmaq riskini azaldır. Tayvanlı elm adamları 7 ilə yaxın ürək xəstəlikləri və beyin damarları narahatlığı ilə bağlı problemi olmayan 100 mindən artıq insanın sağlamlıq vəziyyətini araşdırıb.

    Araşdırma ildə ən azı 2 dəfə diş həkiminə müraciət edərək dişlərini və diş daşlarını təmizlətdirənlərin infarkt keçirmə riskinin, heç stomatoloqa geməyən və ya 2 ildən bir gedənlərlə müqayisədə 24 faiz az olduğunu göstərib. Bundan əlavə, həkimə müraciət edənlərdə beyin qanaması keçirmə riski də 13 faiz az olub.

    Emili Çen adlı alimin sözlərinə görə, dişlərin təmizlənməsi adıçəkilən xəstəliklərə yol aça biləcək bəzi bakteriyaların çoxalmasının qarşısını alır.

    Alıntı..
#14.12.2011 14:19 0 0 0