Xalq artistinin cənazəsini gətirən təyyarə saat 23:30-da Bakıda olacaq
Uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında İstanbulun Acıbadem Xəstəxanasında vəfat edən Azərbaycanın xalq artisti Qədir Rüstəmovun cənazəsi bu gün Bakıya gətiriləcək. Bu barədə Lent.az-a Qədir Rüstəmovun oğlu Rüstəm Rüstəmov bildirib. Onun sözlərinə görə, cənazəni gətirən təyyarə bu gün Türkiyə vaxtı ilə saat 21:30-da havaya qalxacaq, Bakı vaxtı ilə saat 23:30-da Bakıda yerə enəcək.
R. Rüstəmov deyib ki, sənətkarla vida mərasimi sabah saat 12:00-da Bakı Musiqi Akademiyasında başlanacaq. Qədir Rüstəmov Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə II Fəxri Xiyabanda dəfn olunacaq.