Yeni vaksin süd vəzi xərçəngini 80 faiz azalda bilər
Əsrin bəlası sayılan xərçəng xəstəliyi ilə mübarizədə inqilab sayıla biləcək addım atılıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, yeni peyvənd siçanlarda süd vəzi xərçəngini 80 faiz azaldıb. Əgər hər şey yolunda getsə, xərçəng peyvəndi 2020-ci ildə insanlsrın həyatını qurtarmağa başlayacaq.
Corciya Universitetində hazırlanan peyvənd siçanların immunitetini gücləndirir və süd vəzi xərçənginin 80 faiz azalmasına yol açır. Peyvənd süd vəzi, mədəaltı vəz, yumurtalıq kimi ən ölümcül xərçəng növlərinin 70 faizindən artığında olan "MUC1" proteini olan şişi məhv edir.
Hələlik araşdırmaçılar laboratoriya şəraitində insan hüceyrələri üzərində vaksinin testini davam etdirirlər.