İncə detal - dodaq qələmi

Son güncelleme: 17.12.2011 08:47
  • dodaq qələmleri

    noimage

    Qələmin ucu bir az küt olmalıdır
    İstənilən xanım dodaqlarının gözəl görünməsini istəyir. Buna nail olmaq üçün isə müxtəlif rəngdə dodaq boyalarından və dodaq qələmlərindən istifadə edir. Lakin bunlardan istifadə də xeyli məharət tələb edir. Əgər dodaqlarınız incədirsə, qələmi dodağın bir az xaricindən çəkə bilərsiniz, ancaq bunu şişirtməyin. Qələmin ucunun bir az küt olması daha yumşaq bir təsir yaradacaq. İti və tünd rəngdə qələm çəkilməsi dodaqların təbiiliyini poza bilər, gündəlik makiyajda bundan qaçın. Dodaq qələminizi pomadanın üstündən də çəkə bilərsiniz, bu, iki rəngin daha yaxşı qarışmasını və xəttin yumşalmasını təmin edər. Makiyaj mütəxəssisləri ümumiyyətlə pomadanın fırça ilə sürtülməsini tövsiyə edir, amma bunu xüsusilə gündəlik makiyajınızda etməsəniz də olar. Pomada çəkərkən dodaq qələminin də yüngülcə üstündən keçməlisiniz, sürtdükdən sonra dodaqlarınızı bir-birinə yapışdırıb bir az hərəkət etdirsəniz də olar. Pomadanın çoxunu da bir parça dəsmalla götürsəniz daha hamar görünər. Sürtdüyünüz pomadanın qalıcı olmasını istəyirsinizsə, asan çıxmayan long-lasting pomadalardan istifadə edə bilər ya da dodaqlarınızın çatlama problemi yoxdursa pomadadan əvvəl bir az pudra çəkə bilərsiniz.

    Alıntı..
#17.12.2011 08:47 0 0 0