Dodaq boyası çəkmək də texnika tələb edir

Son güncelleme: 17.12.2011 08:57
  • Dodaq boyası - Dodaqlarımıza nece qulluq edek


    noimage


    Qışda qoruyucusu olan pomada seçin
    Başdan çıxardıcı bir rəngə sahib dodaq boyası qədər, onu necə çəkməyiniz də çox əhəmiyyətlidir.
    Makiyaj edərkən biz qadınların ən sadə gördüyü nöqtə pomada çəkməkdir. Halbuki göründüyü qədər sadə deyil pomada çəkmək, çünki edəcəyiniz kiçik bir səhv bütün makiyajın ahəngini qaçıra bilər. Dodaqlarınızın gözəl görünməsini istəyirsinizsə, hər şeydən əvvəl onların qurumuş və çatlamış olmamalarını təmin etməlisiniz. Bunun üçün yanınızda daşıyacağınız bir çatlaq kremini (lipstick) lazım olduqda çəkməyiniz kifayət edəcək. Makiyaja başladıqda dodaqlarınız çatlaq olmamalı, çünki çatlaq dodaqlarda pomada təbəqə kimi qalxır və çox pis görünür.
    Xüsusilə qışda pomada seçiminizi dodaq qoruyuculu olanlardan etməlisiniz. Bəzi pudralı pomadalar gözəl görünmələrinə baxmayaraq dodaqlarınızı quruda bilər. Parladıcı tərzdə olanları seçsəniz, dodaqlarınızı da nəmləndirər.
    Pomada çəkməyə başlamazdan əvvəl nə qədər yüngül makiyaj etmiş olsanız da, dodaq qələmi istifadə etməlisiniz. Doğru çəkilən bir dodaq qələmi makiyajın təbiiliyindən heç bir şey azaltmaz. Əksinə, pomadanın qalıcılığını artırar.

    Alıntı..
#17.12.2011 08:57 0 0 0