Məkanın Cənnət olsun,qardaşım

Son güncelleme: 17.12.2011 09:07
  • Dini yazılar

    Müsəlman həkimlərdən biri danışır:
    -“Xəstələrimdən bəziləri ölümcül halda olarkən onlara şəhadət kəlməsini söyləməyi təlqin edirdim. Dəfələrlə olub ki, onlar bu kəliməni söyləmədən dünyadan köçüblər. Hətta bir gün bir xəstə gətirildi. Ölüm anında idi. Ona yaxınlaşıb:
    - “De: Lə iləhə illəllah!”. Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub: “Kimin son sözü “Lə iləhə illəllah” olarsa, o Cənnətə daxil olar.
    Lakin o susurdu. Mən bu dediklərimi dəfələrlə təkrar etdim. O isə uzun bir sükutdan sonra boğuq səslə cavab verdi:
    - “Həkim, mən sizin nə demək istədiyinizi anlayıram. Amma deyə bilmirəm, deyə bilmirəm...”
    Və bu xəstə beləcə - bu kəliməni söyləmədən dünyasını dəyişdi.
    Günlərin birində xəstəyanaya ağır bir xəstə gətirildi. Dərhal əməliyyat etdik. Lakin vəziyyəti dəyişilmədi və artıq əcəlinin çatdığını anlamışdıq. Artıq həyatının son anlarını yaşayırdı. Tələsik ona yaxınlaşıb dedim:
    - “Qardaşım, de: Lə iləhə illəllah!”. Çünki Peyğəmbər (sallAllahu aleyhi və səlləm) buyurub: “Kimin son sözü “Lə iləhə illəllah” olarsa, o Cənnətə daxil olar.
    O isə bilirsinizmi mənə nə söylədi? Xırıltılı səsi ilə mənə dedi:
    - “SubhənAllah! Siz hələ bu kəliməni düzgün tələffüz edə bilmirsinizmi? Onu tələffüz edərkən “Lə” kəlimini bir qədər uzadın və deyin: “Ləə iləhə illəllah”...”
    Və o beləcə şəhadət gətirib, ruhunu Allahu təaləyə tapşırdı.
    SubhənAllah. Bu qardaş ölüm anında ikən mənə “Lə iləhə illəllah” kəliməsinin düzgün deyilişini öyrədirdi.
    Məkanın Cənnət olsun, qardaşım.

    Alıntı..
#17.12.2011 09:07 0 0 0