Teysələ İbn Məyyas rəvayət edir ki, "Mən Nəcdatlarla (Nəcdat-hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır) həmrəy idim.Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim,sonra da bunu ibn Ömərə (r.a) dedim.İbn Ömər: (r.a): "Nədir onlar?"-deyə soruşdu.Mən dedim:"Filan,filan (işləri görmüşəm)".O dedi:"Bunlar ki,böyük günahlardan deyil.
Böyük günahlar doqquzdur;
Allaha şərik qoşmaq,adam öldürmək,cihaddan qaçmaq,ismətli qadına böhtan atmaq,sələm yemək,yetimin malını yemək,məsciddə günah işlətmək,(dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq".
(Sonra) ibn Ömər (r.a) mənə dedi: "Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?" Mən:"Bəli,vallah ki, (istəyirəm)"-deyə cavab verdi.O soruşdu:"Yalnız anam yanımdadır!" O dedi:"Allaha and olsunki,əgər onunla mülayim danışsan və ona yemək-içmək versən,böyük günahlardan çəkinsən,mütləq Cənnətə girəcəksən.