Müğənni Rəqsanə - Evimdəyəm, gəlin çəkin - EKSKLÜZİV

Son güncelleme: 18.12.2011 19:10
  • noimage

    “Deyirlər ki, kirayə yaşadığım mənzildən köçməyim üçün dekabrın 10-dək mənə möhlət verilib? Neçə vaxtdır yaşadığım evdəyəm, istəyirsiniz gəlin, çəkin. Artıq yorulmuşam, jurnalistlər gözləyir ki, insanın həyatında nə isə bir xoşagəlməz hadisə olsun və onlar da yazsın”.

    Bu, müğənni Rəqsanənin Lent.az-a açıqlamasıdır. Tez-tez başına gələn hadisələrin mətbuatda işıqlandırılmasından narahat olan müğənni jurnalistlərdən incidiyi üçün artıq yaradıcılıq yeniliklərini də bölüşmək həvəsində olmadığını bildirib: “Türkiyə səfərimlə bağlı da heç nə danışmaq istəmirəm. Vaxtı gələndə özünüz görərsiniz”.

    Qeyd edək ki, bir müddət öncə Lent.az-a daxil olan məlumata görə, kirayə haqqını vaxtında vermədiyi üçün ev sahibi Rəfiqə İsgəndərova müğənnidən mənzili tərk etməyi tələb etmişdi.

    Qeyd edək ki, Rəqsanə İsmayılova 2006-cı ildən indiyədək Bakının Nərimanov rayonu ərazisində, İ.Dadaşov, 50, mənzil 72 ünvanda kirayədə yaşayır.

    Sənətçinin icarədarla iki illik müqaviləsinin müddəti sonradan uzadılıb.

    Müğənni Rəqsanə İsmayılova o vaxt Lent.az-ın bu barədə sualına əsəbi reaksiya vermişdi: “İndi yuxuluyam, olar başqa vaxt danışım? Bezdim, bu gəlir belə olub, o gəlir belə olub! Bezdim! Haqqında yazılacaq başqa müğənni yoxdur?!”

    Lalə Yusifqızı
#18.12.2011 19:10 0 0 0