Tanınmış şou cütlüyünün ikinci övladı dekabrın 31-də dünyaya gələcək - EKSKLÜZİV

Son güncelleme: 18.12.2011 19:11
  • noimage

    “Artıq hamiləliyimin son aylarındayam. Buna baxmayaraq, mütəmadi olaraq yeni mahnılar yazdırıram, repertuarımı yeniləyirəm. Lakin vəziyyətimlə bağlı efirə çıxmıram. Bü günlərdə də Nailə Mirməmmədli ilə maraqlı iş birliyim olub. Konsert verməyi düşünürəm. Amma bütün bu işlər ikinci övladım dünyaya gəldikdən sonra olacaq”.

    Bu açıqlamanı Lent .az-a klipmeyker Kənan MM-in həyat yoldaşı, müğənni Aygün Şükürova verib. Aygün qız övladı gözlədiklərini deyib: “Bir oğlumuz var, indi də qız övladı gözləyirik. Maraqlı burasıdır ki, həkimlər körpənin dekabrın 31-də dünyaya gələcəyini hesablayıblar”.

    Aygün Şükürova Yeni il axşamı dünyaya gəlməsi gözlənilən qızına zarafatla ad da müəyyənləşdirib: “Qızın adını Qar Qız da qoya bilərdik, amma atası qarabuğdayı olduğu üçün buna razılaşacağına şübhə edirəm”.

    Lalə
#18.12.2011 19:11 0 0 0