Əbu Hureyrə (A.r.u) deyir ki, <<bir nəfər bədəvi Peyğəmbərin (s.a.v) yanına gəldi və dedi:Mənə bir əməl göstər ki,mən onu daxil etməklə cənnətə daxil ola bilim.Peyğəmbər (s.a.v) dedi:Yalnız Allaha ibadət et və heç bir şeyi ona şərik qoşma,fərz namazları qıl,vacib zəkatı ver və Ramazan ayını oruc tut>>.Bədəvi dedi:Canım əlində olan Allaha and olsun ki,buna heç nəyi əlavə etməyəcək,nə də azaltmayacağam.Sonra üzünü çevirib getdikdə Peyğəmbər (s.a.v) dedi:<<Kim cənnət əhlindən kimsəni görmək istəyirsə bu adama baxsın>>[1]
Bu böyük əsasa dəlalət edən çox hədislər vardır.Bu hədislərin dəlalət etdikləri mənalar eynidir,yaxud bir-birinə çox yaxındır.Belə ki,kim Allahın ona buyurduğunu və barəsində vaciblik şərtləri tamamlanmış əməlləri yerinə yetirər,fərz əməlləri edər və haram işlərdən çəkinərsə o insan cənnətə daxil olmağa və cəhənnəmdən qurtulmağa layiq görülər.Kim bu vəsflərə yiyələnərsə həmin adam İslam və İman adlarına layiq olar.Nicat tapmış müttəqilərdən və siratəl-müstəqim yolu ilə gedənlərdən olar.
[1] Buxari: №1333.Müslim: №14.Əhməd:2,343.