Allahın ‘ən gözəl surətdə' var etdiyi insanın ruhu hər cür gözəllikdən, estetikadan və sənətdən həzz alacaq həssaslıqdadır. İnsana instinkt olaraq, cənnətə duyulan həsrətdən qaynaqlanan bir sevgi verər Allah və insan, gözəlliklərdən səbəbsiz həzz alar.
İnsanın hər hüceyrəsi sevgiyə proqramlaşdırılmışdır. Sevən insanın gözü fərqli baxar, dinlədiyi musiqidən ayrı bir həzz alar. Allah detaldakı gözəllikləri, ən çox sevdiklərinə göstərər. İnsan, həyatı boyunca nə qədər istəsə və həsrətini duysa da, qüsursuz bir fiziki gözəlliyi dünyada tapa bilməz. Dünyaya dair hər gözəllik zamanın bezdirici təsiriylə pozular, köhnələr, köhnələr. Bütünü keçici, əskik və sonludur.
Qalıcı, mükəmməl və sonsuz olan gözəllikləri, insan ancaq gözəlliklərin əsl məkanı olan cənnətdə əldə edəcək. Cənnətdəkiləri xatırladan, bir çox gözəllik dünyada da yaradılmışdır. Canlılardakı bəzəklər çox gözəldir. Məsələn
kəpənəklər; möhtəşəm bir parlaqlıqdadır və işıqlı qızıl yaşılı, qızıl mavisi rəngləri göz oxşayandır.
Güllər; quru torpaqdan çıxan və baxmağa doya bilmədiyimiz rəngarəng gözəlliklər.
Budağından qoparmağa qıya bilməyib, budağında içimizə çəkərək iylədiyimiz gözəlliklər. Rəngin, qoxunun necə möhtəşəm yaradıldığını göstərən gözəlliklər...
İnsan da çiçək kimi çox gözəl qoxu yaymaq istər, ona görə ətir istifadə edər. Allah diləsə çiçəklərdəki kimi qoxuları insanda da yaradardı.
Ancaq Allah, insana acizliyini bilməsi üçün xüsusilə verməyib. İnsandakı gözəl qoxu da cənnətə xüsusi bir sistemdir. Dünyada olsa qürurlanardı insan. Buna görə dünya həyatında qüruru, böyüklənməyi əzəcək bir çox şey var.
Cənnət isə insan ruhunu doyuracaq saysız gözəlliklə doludur. İpək geyimlər məsələn.
Hər şeyin incə və detallı işlənmişi kimi sıx toxunmuş ipək də yumşaq və gözəldir.
Dünyadakı kimi hakim olan rəng yaşıldır, ancaq cənnət yaşılı dünyadakıyla müqayisə edilə bilməyəcək qədərdir.
Məsələn qiymətli daşlara qarşı içimizdə bir meyl var. Əslində bir daş parçasıdır, ancaq təsir edicidir. Bu, cənnətə olan istək səbəbiylədir.
Və cənnət xalqının söykənib oturduğu taxtlar. Dünyada həmişə istirahət etmək istəyər insan. Cənnətdə isə dünyadakı yorğunluğu bildiyi üçün müqayisə edər və uzandığı taxtdan daha çox zövq alar. Orada cənnətə xas içki və yeməklərin olduğu, inananların bir araya gələrək söhbət edəcəkləri və birlikdə gözəl vaxt keçirəcəkləri xüsusi hazırlanmış məkanlar var.
Ya dayanmadan axan sular... Cənnət xalqının altlarından axan süd, bal, şərabdan çaylar... Bir axar su və ya bir şəlalə, meşənin içindən axan bir çay, hətta durğun bir göl insana nə böyük həzz verər. Yüksəklərdən axan şəlalənin görünüşü və çıxardığı səs insanı rahatlaşdırır.
Sarayların, evlərin ya da villaların bağçalarındakı gölməçələr, hovuzlar, süni axar suların edilmə məqsədi, ümumiyyətlə ruhdakı bu estetika həsrəti səbəbiylədir. Orada növbənöv yeməklər, salxım salxım yeyilən, əsla btiməyən və doyma hissi verməyən meyvələr. İnsanın ürəyində şəfqət, mərhəmət və qoruma hissləri meydana gətirən quşlar, pişiklər, itlər; hamısı sevimli və tərtəmizdir.
Cənnət, insan ruhunun ən çox xoşlanacağı, ən çox ləzzət alacağı və ən çox təsirlənəcəyi nemət və gözəlliklərlə təchiz edilmişdir. Bir qismi dünyadakılara bənzər, bir qismi isə daha əvvəl heç bir insanın görüb bilmədiyi, "növbənöv incəliklərə və gözəlliklərə sahib" olan cənnət, təxəyyülümüzün sərhədlərinin çox kənarındadır. Hələ bilmədiyimiz bir çox gözəllik və sürpriz də orada inananları gözləyər. Və "hər dilədikləri" onlarındır.
Estetika görünüşlərin xoşuna gəlməsinin əsl səbəbi, inanan insanın ruhunun cənnətə görə yaradılmış olmasıdır.
Bütün gözəllikləri yaradan, bu gözəlliklərə qarşı insana həzz alma və sevgi duyğusunu verən;
bütün gözəllikləri bənzərsiz sənətinin içində yaradan Allahdır.
Cənnətdəki gözəllikləri əsl gözəl və qiymətli edən isə bütününün ONun hədiyyəsi olmasıdır.