Toyuqlu krep

Son güncelleme: 18.12.2011 20:11
  • Toyuqlu krep terifi - Toyuqlu krep terkibi - Toyuqlu krepin hazırlanması

    noimage

    İnqradientlər

    2 parça toyuq döş əti
    2 diş sarımsaq
    Duz
    Qara bibər
    Kəklikoğu
    Kərə yağı
    1 xörək qaşığı bibər rıçalı

    Krep üçün

    1 stəkan un
    2 yumurta
    2 stəkan süd
    1 çimdik duz
    1 çay qaşığı maya

    Toyuq ətlərini qazanda azacıq bişirin və kiçik parçalara ayırın. Tavaya yağ tökün, toyuq tikələrini qızardın. Sous, duz, qara bibər, əzilmiş sarımsaq və kəklikotunu əlavə edin, qarışdırın, ocağı söndürün.

    Böyük qabın içinə yumurtaları qoyun, südü tökün, un, maya və duzu əlavə edin, yumurta çalırmışsınız təki qarışdırın. Hazırladığınız qarışığı bir qədər "dincəldin".

    Dibi yanmayan tavanı və ya krep tavasını odun üzərində qızdırın, tavanın ortasına yarım çay qaşığı yağ tökün.
    Tavanı həərkət etdirərək yağı dağıdın və hazırladığınız qarışıqdan tavanın tam ortasına tökün. Daha sonra tavanı təkrar hərəkət etdirərək qarışığı tavanını dibinin hər yerinə yayın. Krepin hər iki tərəfi bişəndə başqa qaba qoyun.
    Yerdə qalan qarışığı da eyni şəkildə bişirin.
    Daha sonra kreplərin ortasına toyuq əti qarşıığı qoyaraq rulon formasında bükün, ortadan iki bölüb qaba düzün.

    Nuş olsun...
#18.12.2011 20:11 0 0 0