Doğulan uşaq gələcəkdə narkotik asılısı ola bilər
Hamiləlikdə yaşanan stress doğulan uşağın sonralar asılı olmasını təşviq edə bilər. Portuqaliyanın Braga şəhərindəki Minho Universitetinin elm adamları apardıqları bir araşdırmada hamilə siçanlara stress hormonu yükləyiblər. Hamiləlikdə stress altında olan siçanların balalarında böyüdükdə narkotik asılılarında olanlar kimi, beyin anomaliyaları meydana gəlib. Həmçinin heyvanların narkotik və spirt asılılığına daha uyğun olduqları görülüb.
Bu heyvanlara xoşbəxtlik hormonu olaraq bilinən dopamin maddəsini verən elm adamları anomaliyaların keçdiyini, asılılıqlarının da azaldığını müşahidə ediblər. Nəticə çox çaşdırıcı olub. Çünki nisbətən asan bir dərman müalicəsi ilə dopamin səviyyəsinin normala gətirilməsi narkotik asılılığını müalicə etmə ehtimalına işarə edir. Daha da əhəmiyyətlisi isə odur ki, asılılığa uyğun olan kəslərdə bu üsul tədbir olaraq istifadə edilə bilər.
Araşdırmaların davam etməsinin lazım olduğunu ifadə edən elm adamları kokain asılılarında dopamin müalicəsinin sınandığını, ancaq dəqiq bir nəticəyə çatıla bilmədiyini xatırladıblar.
Nəticənin alına bilməməsi isə müalicənin müddəti və ya dozası ilə əlaqədar ola bilər. Belə ki, alimlər araşdırmaları zamanı üç gün dopamin müalicəsi tətbiq etdikləri xəstələrin üç həftə sonra yenidən asılılıq inkişaf etdirdikləri, üç həftə müalicə tətbiq olunan siçanlarda isə asılılığın geri qayıtmadığını müşahidə ediblər.