Xəstəlik onlarda daha sürətlə gedir
Kişilərdə görülən döş xərçənginin, qadınlarda olana nisbətən daha sürətli inkişaf etdiyi ortaya çıxıb.
Sinqapur Milli Universitetində aparılan bir işdə, kişilərin qadınlara görə döş xərçənginə tutulma nisbətinin yüzdə 1 faizdən az olmasına baxmayaraq, xəstəliyin daha sürətli inkişaf etdiyi və xəstəlikdən ölmə ehtimalının daha yüksək olduğu ifadə edilib. Diaqnoz qoyulduqdan sonrakı 5 il içində qadınların həyatda qalma nisbətinin yüzdə 78, kişilərin isə yüzdə 72 olduğu ortaya çıxıb.
Alimlər qrupu 1970-ci ilə qədər dönərək Danimarka, Finlandiya, Norveç, İsveç, Sinqapur və İsveçrədə döş xərçəngi diaqnozu qoyulan 460 min qadınla təxminən 2 min 700 kişi xəstənin vəziyyətini araşdırıb.
Araşdırmada döş xərçəngi diaqnozu qoyulan kişilərdə xəstəliyin döşlərə yayılma ehtimalının daha böyük olduğu, müalicə mərhələsində daha az əməliyyat edildikləri və qadınlara görə daha az müalicə gördükləri, ancaq kimyaterapiya və hormon baxımından qadınlarla bənzər nisbətdə müalicə aldıqları qeyd edilib.