Günəş işığında daha çox olun
Günəşli günlərin geridə qalması, saatların geri çəkilməsi ilə birlikdə gecələrin uzanması və bağlı mühitlərdə keçirilən zamanın artması kimi faktorlar mövsümi depressiyaya yol açır. Noyabr ayında təhlükə daha da artır.
Mövsümi depressiyadan qorunmaq üçün hava günəşli olmasa belə, gün işığından mümkün olduqca faydalanmaq lazımdır. Mövsümi depressiya fərqli şəhərlərdə, fərqli iqlimlərdə yaşayan milyonlarla insana təsir edir. Özü də qadınlar kişilərə nisbətən daha çox depressiya (Seasonal Affective Disorder-SAD) diaqnozu alır və ekvatordan uzaqlaşdıqca simptomlar artır. Mövsümi depressiyanın meydana gəlməsində serotonin və noradrenalin kimi hormonlarla bərabər melatonin hormonu da təsirlidir. Melatonin hormonunu çıxarmaq vəzifəsini daşıyan beyindəki epifiz vəzisi qaranlıq mühitlərdə bu hormonun istehsalını artırır. Melotonin hormonunun insanın fiziki hərəkətlərini yavaşladan, yuxulu və dinc bir ruh halı yaradan təbii bir sakitləşdirici xüsusiyyəti vardır. Xüsusilə qış aylarında melatonin istehsalındakı artımla birlikdə depressiya əlamətlərinin görülmə sıxlığı da artır.
Mövsümi depressiya baxımından noyabr ayı daha təhlükəlidir. Bu ayda depressiyanın 17-25 yaş arasında görülmə sıxlığı daha çoxdur və aşağıdakı əlamətlərdən ən azı beşinin, iki həftə ərzində hər gün görülməsi depressiya əlaməti olduğunu göstərir.
Günün böyük hissəsində və az qala hər gün kədərli, uçuq duyğu vəziyyəti; gündəlik fəaliyyətlərdə maraq və məmnuniyyət itkisi; yatmada çətinliklər - başlanğıcda yuxuya gedə bilməmək, gecə oyanıb bir daha yata bilməmək və səhər çox erkən oyanma ya da bəzi kəslərdə zamanın çoxunu yataraq keçirmə istəyi; fəaliyyət səviyyəsində dəyişiklik; iştah azalması və kilo itkisi ya da iştah və kilo artımı; enerji itkisi və həddindən artıq yorğunluq; mənfi mənlik anlayışı, özünü tənqid etmə və ittiham etmə, dəyərsizlik və günahkarlıq duyğuları; düşüncədə yavaşlama və qərarsızlıq kimi diqqəti toplamada çətinlikdən şikayətlənmə ya da həqiqətən çətinlik çəkmə; təkrarlanan ölüm və intihar düşüncələri.
Ondan necə qoruna bilərsiniz?
Mövsümi depressiyanın təsirlərindən qorunmaq üçün aşağıdakı təkliflərə riayət edin.
Gün işığından daha çox faydalanın. Hava günəşli olmasa belə, səhər ya da günorta saatlarında vaxtınızı çöldə keçirin. Nizamlı idman, heç olmasa hər gün yarım saatlıq nizamlı gəzintiyə çıxın. Sağlam bəslənin.
Qida möhkəmlətməsi olaraq alına biləcək bir multivitamin istifadə edə bilərsiniz, xüsusilə B vitamini əskikliyinizin olub-olmadığına nəzarət edin. Axşam saatlarında flüoresens işıq yerinə günəş işığı rəngində olan lampalar istifadə edin. İş mühitinizdə lazımlı işıq ehtiyacınızı ödəyin. İş mühitinizin istilik nizamını nəzarət altında saxlayın. İş aralarında musiqi dinləyin.