Buna sadəcə muss və sprey kifayətdir
Dəbli saç düzümü heç də güclü fiksaj tələb etmir. Əla olar ki, saç düzümünü külək tamamlasın.
Belə bir saç düzümünə sahib olmaq istəyirsinizsə, muss və yaxud həcm üçün spreyiniz olmalıdır. Vasitəni saçın yalnız diblərinə çəkmək lazımdır, uclara isə əl dəyməyin. Sonra saçınızı boynunuzun düz ardında quyruq və yaxud dəstə şəklində yığın – qoy saçlarınız toxunulmamış dursun. Üz nahiyənizə bir neçə tel buraxın, onları az miqdarda qırılan saç uclarına qarşı vasitə, mum və yaxud pasta ilə qaydaya salın ki, yaxşı görünsün. Beləliklə, saç düzümü hazırdır.