Bu parçalar həftədə iki kilo arıqladır
Türkiyənin bir tekstil firması acı bibər, zeytunyağı kimi bəzi qida məhsullarını nanotexnologiya ilə parçaya işləyərək yağ yandırıcı parça çıxarıb.
Indiyə qədər də su, şərab, yağ, çirk keçirməyən və ləkə tutmayan, qırışdıqda deformasiyaya uğramayan bir çox parça növü icad edilib. Adıçəkilən firmanın toxuma sektorunda tarixi bir keçmişə sahib olduğunu deyən mütəxəssislər parça istehsalçıları olaraq inkişaf edən texnologiyanı istifadə etmək məcburiyyətində olduqlarını ifadə edərək, "Bu istiqamətdə şirkətimizdəki ar-Ge işləriylə əlavə dəyəri olan yüksək parçalar çıxarmağa başladıq. Edilən ar-Ge işlərinin ardından Dənizlidə üstün xüsusiyyətlərə sahib 11 növ xüsusi parça çıxarmağı bacardıq" deyiblər.
Xaricdə də davam edən ar-Ge işləri nəticəsində bədəni isti və soyuğa qarşı qoruyub bədən istiliyini 37 dərəcədə sabit tutan parçalar istehsal ediblər. Onlar bununla kifayətlənməyərək ar-Ge işlərini sıx şəkildə davam etdirərək, acı bibər, zeytunyağı kimi bəzi qida məhsullarını nanotexnologiya ilə parçaya işləyərək yağ yandırıcı parça çıxarıblar. Parça insan bədənini sıxlaşdırır, yağların əridilməsinə köməkçi olur. Orqanik olduğu üçün bədənə hər hansı bir zərəri yox.
Kostyum, köynək, şalvar başda olmaqla, bir çox sahədə istifadə edilməsi üçün çıxarılan parçalarla bir həftə içərisində iki kilo yağ yox edilir. Qadınların ən böyük düşməni olan sellülit və dövrün xəstəliyi olan şişmanlığa qarşı tədbir görmə baxımından çıxarılan parçalar həmçinin ixrac olunur.