Alma sirkəsi için
Diabet xəstələrində artan xolesterol dəyərlərinin salınması üzərində alma sirkəsinin təsirlərini araşdıran mütəxəssislər 32 siçan üzərində təcrübə apardıqlarını bildiriblər. Onlar əvvəl siçanları şəkər xəstəsi ediblər, daha sonra onlara gündə tox qarına mində 6 nisbətində alma sirkəsi içirdiblər. Altı aylıq işin sonunda siçanın ürək, göz, qaraciyər, böyrək, beyin, sinir, damar və qan toxuma nümunələrini götürərək araşdırma aparıblar. Məlumdur ki, şəkər xəstəliyində tarazlıqda olmayan xolesterol orqanlara zərər verir. Alma sirkəsi tətbiq edilən siçanlarda orqanların xolesteroldan təsirlənmədiyi görülüb. Şəkər xəstəliyinin yan təsirlərinin orqan və toxumalarda meydana gəlmədiyi müəyyən edilib.