Ağ bədənlilərin D vitamininə ehtiyacı var

Son güncelleme: 19.12.2011 13:04
  • Ağ bedenlilere D vitaminin ne kimi ehtyacı var?

    Süd məhsulları və balıq yeyin

    Günəşə qarşı həssas dəriyə sahib olan açıq bədənli insanların D vitaminini kafi ölçüdə almaq üçün möhkəmlətməyə ehtiyaclarının ola biləcəyi deyilir.
    BBC-nin xəbərinə görə, ağ bədənli kəslər çox-çox günəş işığına məruz qalsalar belə, bədənin günəşin təsiri ilə yaratdığı D vitaminini kifayət qədər almaya bilərlər. İngiltərə Xərçəng Araşdırmaları Mərkəzi tərəfindən dəstəklənən araşdırmanı icra edən mütəxəssislər isə çox-çox günəş işığına məruz qalmanın da xərçəngə səbəb ola biləcəyini xatırladıblar. Bu səbəbdən açıq bədənli insanlar üçün daha çox D vitamini səviyyəsinə çatmanın yolu bu olmadığını söyləyən mütəxəssislər, D vitamini möhkəmlətməsinin daha düzgün həll yolu ola biləcəyini ifadə ediblər.
    Cəmi 1200 adam üzərində edilən araşdırmada, çoxu açıq bədənli və çilli olan 730 adamın ideal D vitamini səviyyəsinə sahib olmadığı ortaya çıxıb. Beləliklə, həkimlər D vitamini möhkəmlətməsini ümumiyyətlə yüksək risk altındakı qruplara tövsiyə edir. Bu qruplar arasında qaralar, bədəni tamamilə örtən paltarlar geyənlər, yaşlılar, uşaqlar, hamilələr və əmizdirən qadınlar var. Edilən son araşdırma bu qruplara açıq bədənli insanların da əlavə olunmasının lazım olduğunu göstərib.
    D vitamini, sağlam sümüklər və dişlərin meydana gəlməsi üçün həyati rol oynayır. İnsan üçün gündə 10-15 dəqiqə günəş işığına çıxmaq bədənə kafi miqdarda D vitaminini təmin edir. Həmçinin yağlı balıqlarda və süd məhsullarında da D vitamini var.

    alıntı..
#19.12.2011 13:04 0 0 0