Varikozu olanları gözləyən təhlükə

Son güncelleme: 19.12.2011 13:29
  • Varikozu olanları gözləyən təhlükə nedir?

    Bu xəstəlikdən ölmək də olar
    Yalnız qadınların deyil, kişilərin də problemi olan varikoz problemi sadə bir estetik problemi deyil. Mütəxəssislər qanı ürəyə geri daşıyan damarların qan axışının ürəyə doğru tək istiqamətli olmasını təmin edən qapaqcıqları ehtiva etdiyini izah edirlər. Damarlarda yaranan tıxanıqlıqlar və həddindən artıq təzyiq bu qapaqcıqların düz bağlanmasına maneə törədərək geriyə doğru qaçaqlara səbəb olur. Nəticədə qıçlardakı səthi damarlar gənişlənir, uzanır və büklümlü bir görünüşlə varikozu meydana gətirir.
    Gecə yaranan tutulmalar, qaşıntı, qabarıqlıq, ayaqda qalma ilə ağrı tez-tez görülən şikayətlərdir. Varikozlu damarda iltihab, yaxşılaşmayan yara, dərialtı qanama və damariçi laxtalanma ola bilər, damariçi pıxtısından bir parça qopması vəziyyətində isə hətta varikoz ölümə səbəb ola bilər.
    Xəstəliyin müalicəsində keçmiş illərdə klassik cərrahi üsul tətbiq olunurddu, son illərdə isə lazer, radio tezlik kimi damariçi tətbiqlər edilə bilir. Varikoz artıq lazerlə müalicə edilə bilir. B zaman xəstə ağrı çəkmir və xəstəxanada yatmır. Xəstələr, lazerlə müalicədən bir saat sonra evinə gedə, bir gün sonra da işinə qayıda bilir.
    Lazer tətbiqinin ardından xəstənin 10-15 gün varikoz corabı geyməsi lazımdır, həmçinin varikozlu xəstələrə bol su içmələri, isti duşla qıçlara soyuq su tətbiq etmələri, uzun sürən səfərlərdə varikoz corabı geymələri təklif olunur.

    Alıntı..
#19.12.2011 13:29 0 0 0