Fiş-çoude terifi ve terkibi - Fiş-çoudenin hazırlanması
İnqradientlər:
400-500 q treska balığının filesi (təzə, yaxud dondurulmuş)
2 kartof
1 baş soğan
1 kök
1 st. süd
1 st. ağ şərab (quru olsa, daha yaxşıdır, heç olmasa, adi su)
duz
istiot
1 dəfnə yarpağı
1/4 çay qaşığı kəklikotu
2 x.q un
2 x.q. yağ
kərəviz
cəfəri
Kökü sürtgəcdən keçirin. Soğan və kərəvizi xırda doğrayın. Kərə yağında orta istilikdə 10 dəqiqə qızardın. Şərabı, südü, kubik doğranmış kartofu və balığı buraya əlavə edin. Balığı bütöv qoyun, yoxsa bişəndə didiləcək. Düz-istiot, kəklikotu, dəfnə yarpağı əlavə edərək bişirin. Qaynara düşəndə qapağını örtün, vam odda 30 dəqiqə bişirin.
Sonra dəfnə yarpağını çıxarın. Balığı xırdalayın. 1/3 stəkan suya 2 x.q. un qarışdırın, şorbaya əlavə edin. Qaynara düşəndən sonra daha 5 dəqiqə bişirin. Hazır olandan sonra qara istiot, kreker, suxarı, yaxud da doğranmış cəfəri səpin.