Karbonad terifi ve terkibi - Karbonadın hazırlanması
İnqradientlər:
8 əd. sümüksüz mal əti tikəsi
3-4 x.q. kərə yağı
duz
təzə döyülmüş ağ istiot
4-5 iri baş soğan
1 x.q. su
2 şüşə pivə
85 q çörək qırıntısı
1 ədəd bulyon kubiki (istəyə görə)
Mal ətini döyün. 2 x.q. yağı tavada qızdırıb əti o üz-bu üz qızardın. Duz, istiot vurun. Azca su əlavə edin, bulyon kubikini əzib içinə qatın. Qoyun qaynasın.
Soğanı nazik həlqələrə doğrayın. 1 x.q. yağda, zəif odda qızardın. Qızaranda su əlavə edin, qarışdırın. Qoyun, soğan suyu canına çəksin.
Tavaya soğan və əti lay-lay düzün. Axırıncı soğan layı olmalıdır. Pivəni töküb qaynara düşənəcən gözləyin. Sonra qapağını qoyub yumşalanacan bişirin.
Sobanı 220 dərəcəyədək qızdırın. Əti tavadan çıxarın, yağlanmış siniyə düzün. Tikələr bir-birinin üstünü örtsə, daha yaxşıdır. Tavada qalan soğanlı-pivəli qarışığı qaynadın və ətin üstünə tökün. Çörək qırıntılarını üzərinə səpin, qalan yağı da xırdalayaraq buraya əlavə edin. Qızaranadək sobada bişirin.
Süfrəyə qaynadılmış kartofla verə bilərsiniz.