Almalı ördək qızartması terifi ve terkibi - Almalı ördək qızartmasının hazırlanması
İnqradientlər:
1 ördək
6 orta alma
2 x.q. ərinmiş yağ
2 ç.q. şəkər tozu
1 x.q. kərə yağı
duz
istiot
muskat cevizi (üyüdülmüş)
göyərti
Ördəyi təmizləyin. Xırda tükləri qalıbsa, üstünə azca un çəkin və odda ütün. Daxilinə və xaricinə duz, istiot və muskat cevizinin qarışığını çəkin.
Almaların qabığını soyun, cecəsini çıxarıb dilimləyin. Üstünə şəkər tozu səpib qarışdırın, bunları ördəyin içinə doldurun. Ördəyi siniyə qoyun, ərinmiş yağ töküb 270 dərəcə qızdırılmış sobada bişirin. Üstü qızaranda istiliyi 170 dərəcəyədək endirin və 45-60 dəqiqə bişirin. Arada siniyə yığılan şirəsini qaşıqla götürüb ördəyin üstünə gəzdirin.
Süfrəyə verməzdən əvvəl ördəyi doğrayın, qızdırmaq lazım gələrsə, azca kərə yağı vurun. İçindəki almaları ətin yanına düzün, üzərinə sinidə qalan yağdan gəzdirin və doğranmış göyərti səpin.