Türkiyə Fransadakı səfiri Tahsin Burcuoğlunu geri çağırıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ankara Fransa Parlamentinin qondarma “erməni soyqırımı”nı inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsinə cavab olaraq bu addımı atıb.
Fransanın da diplomatik qaydalara uyğun olaraq, Türkiyədəki səfirini geri çağırması gözlənilir.