Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Yaxşıların yaxşıları” mükafatlandırılma mərasimində bir sıra müğənnilərə mükafat verilib.
Lent.az-ın məlumatına görə, mükafat alanların sırasında xalq artisti Aygün Kazımova və müğənni Röya da olub.
Tədbirə qatılan ikilinin arasında səmimi münasibət orada iştirak edənlərin diqqətini üzərinə toplayıb. Aygün Kazımovanın ifasını Röya, Röyanın ifasını Aygün Kazımova alqışlarla dinləyib. Tərəflər bir-birləri ilə yaxşı münasibətdə olduqlarını ətrafdakılara bildirməyə çalışıblar.
Hətta Röya repertuarında hit olan “Bəlkə də” mahnısı ifa edən zaman Aygün Kazımovaya əllərini uzadıb “Kimsə tutmadı yerini, olmadı sənin kimi” deyib.
Bununla da Röya Ayxan bir il öncə aralarındakı münaqişə yaradan “Kim yaxşıdır: Aygün, ya Röya” mübahisəsini cavablandırmış olub.