500 q mal əti
500 q boranı (təmizlənmiş)
600 q kartof
200 q kərəviz
150 q yerkökü
göy soğan və ya 150 q baş soğan
kəklikotu (istəyə görə)
duz
istiot
bitki yağı
Göy soğanı (baş soğanı) xırda doğrayın. Yerkökünü sürtgəcin orta gözündən keçirin. Əti xırda doğrayın. Soğanı bitki yağında azca qovurun. Kök əlavə edin. Qızarana yağın əti əlavə edib, qazanın qapağını örtün. Sonra lazım olarsa, azca su əlavə edib 35-40 dəqiqə bişirin.
Boranını kubik doğrayın. Kərəvizi xırda doğrayın. Kartofu kubik doğrayıb ətə əlavə edin. Sonra isə boranını qazana tökün. Kərəviz, 2-2,5 l su əlavə edib, duzlayıb-istiotlayın. Kartof hazır olana qədər bişirin (15 dəqiqə).
Hazır olana yaxın kəklikotu və ya başqa göyərti əlavə edin.