Şarlotka

Son güncelleme: 23.12.2011 08:16
  • Şarlotka terifi ve terkibi - Şarlotkanın hazırlanma qaydası

    noimage

    Tərkibi:

    20 q şəkər tozu
    5 yumurta
    200 q un
    500 q alma
    vanil və ya darçın

    Yumurtanı şəkər tozuyla çalın (minimum 5-7 dəqiqə). Un əlavə edib yaxşıca qarışdırın. Almanı təmizləyib cecəsini çıxarın, xırda dilimləyin. Sinini yağlayın. Dibinə azca xəmir tökün. Almanın yarısını xəmirin üstünə boşaldın. Bunun üzərinə darçın da səpə bilərsiniz. Yerdə qalan xəmirin yarısını almanın üzərinə tökün. Qalan almanı bunun üzərinə əlavə edin. Sonda qalan xəmirin hamısını bunun üzərinə tökün. 180 dərəcə qızdırılmış sobada 40-60 dəqiqə bişirin. Bişən zaman sobanın ağzını açmayın.

    Nuş olsun...
#23.12.2011 08:16 0 0 0