Yuxu qadınların belinin ölçüsünə təsir edir. İsveç alimləri yuxu ilə qadınların piylənmə dərəcəsi arasındakı əlaqəni tapa bilərlər. Məlum olub ki, qadın nə qədər az yatarsa, onun belinin ölçüsü bir o qədər böyük olar. Qarın nahiyəsində uzun müddətli yuxu ilə piykənmə arasındakı bu qarşılıqlı əlaqəyə daha çox gənc xanımlarda təsadüf edilir. Mütəxəsislər hələlik bunun səbəbini müəyyən edə bilməyiblər. Qeyd edək ki, bir müddət əvvəl uşaqlar üzərində də eyni araşdırma aparılıb. Nəticələrə əsasən müəyyənləşdirilib ki, az yatan uşaqlarda artıq çəki problemi özünü daha çox biruzə verir.