Ləzzəti ilə süfrələrimizi bəzəyən meyvələr mədə xəstəliklərindən tutmuş ürək xəstəliklərinə qədər bütün dərdlərin dərmanıdır. İndi isə gəlin hansı məyvələrin hansı xəstəlik üçün faydalı olduğuna nəzər salaq...
Heyva
Heyva işhalın və dezinteriyanın qarşısını alır. Mədə və bağırsaqların fəaliyyətini gücləndirir. Nazik bağırsaq iltihabının qarşısını alır. Qanı təmizləyir. Ürək döyüntülərini sakitləşdirir.
BADAM
Badam fiziki və zehni yorğunluğu aradan qaldırır. Böyrək və sidik kisəsi iltihablarının qarşısını alır. Baş ağrısı, qaraciyər, böyrək ağrılarını azaldır.
QOZ
Hər səhər qoz yəmək zəkanı qüvvətləndirir. Yaşıl qozun qabıqlarını qaynadıb içmək kişilərdə cinsi fəaliyyəti artırır. Qoz yarpaqlarından hazırlanan çay iştahanı artırır, mədəni qüvvətləndirir, boğaz xəstəlikləri üçün faydalıdır...
FISTIQ
Fistiq bronxit, vərəm, ağ ciyər xəstəliklərinin tez sağalmasına komək edir. Ruhi xəstəliklər ve urək xəstəlikləri uçun faydalıdır.
TUT
Tut orqanizimdə yiğılan suyu boşaldır. Ağ tutu ac qarnına yedikdə bağırsaq qurdlarını tökür. Yarpaqları sidikqovucudur.
FINDIQ
Fındıq fiziki və zehni yorğunluğu aradan qaldırır. Bədənə qüvvət verir. Ürək sağlamlığı üçün faydalıdır. Tərkibindəki liflər səbəbi ilə həzm sistəmini yaxşılaşdırır, bağırsaq xərçəngi riskini azaldır .