Miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir

Son güncelleme: 26.12.2011 09:53
  • Miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir

    ABŞ tədqiqatçıları araşdırmışlar ki, kəskin baş ağrısına səbəb olan miqren hava dəyişikliyi ilə sıx əlaqəlidir. Bostondakı Bet İsrail Diaqnostik Tibb Mərkəzinin həkimi Kenneth Mukamal bu araşdırması haqqında məlumatı 10 martda nəşr olunan Neurology jurnalında dərc etdirmişdir.
    ABŞ-da təxminən 18% qadınlar və 6% kişilər miqrendən əziyyət çəkir. Xüsusi ilə gənc və orta yaşlı nəsillərdə bu özünü daha da qabarıq şəkildə göstərir.
    Qısa müddətli bir araşdırma sonunda məlum olmuşdur ki, havanın tez-tez dəyişməsi və eyni zamanda hava çirklənməsi baş agrılarına başqa sözlə desək miqrenə səbəb olur.
    Dr.K.Mukamal öz əməkdaşları ilə birgə 2000-ci ilin may ayından 2007-ci ilin dekabr ayına kimi baş ağrısı şikayəti ilə tibb mərkəzinə müraciət edən 7,054 xəstə üzərində apardıqları araşdırmalar sonunda 2,250 xəstədə miqren xəstəliyi müəyyən olunmuşdur.
    Tədqiqat zamanı Mukamal havanın hərarətini, çirkliliyini, atmosfer təyziqini, çirkliliyin diapazonunu göstərən monitorlardan istifadə edərək bu nəticəyə gəlib ki, havada çox yüksək hərarət və ya çox aşağı atmosfer təyziqi şiddətli baş ağrısına səbəb ola bilər. "Bu araşdırma deməyə əsas verir ki, ətraf mühütdə baş verənlər bizim sağlığımıza bir başa təsir edir və bu da çox insanlarda şiddətli baş ağrısı ilə nəticələnir." Bu sözləri media nümayəndələrinə müsahibəsində Dr K.Mukamal demişdir. Eyni zamanda o qeyd etmişdir ki,miqrenin müalicəsinə illik 17 millyard dollara yaxin vəsait xərclənir.
    Tədqiqat ABŞ-ın Milli Ekoloji Sağlamlıq İnstitutu və Ətraf Mühütün Mühafizəsi agentliyi tərəfindən maliyyələşdirilib.

    Alinti..
#26.12.2011 09:53 0 0 0