Eynəyi gözündən 5-7 sm məsafəlidi.Yaşı ekvatoru keçsədə,hər gün kitab-dəftər önündə zehni işlə məşğuldur.O-na baxdıqca gülümsəyən övlad ürəyinin səsini,duyğusunu,sözünü bəlkə də ürəyin sahibindən başqa heç kim anlamaz.Hər halda hər nə qədər müqəddəs varlığa baxdıqca,onun haqqında düşünülən hər fikiri ən yaxşı hesab etsəmdə bu-onun övladına (mənə) qarşı duyduğu hissin epsilon(ən kiçik ədəd)-u belə deyil.San ki,sonsuz həndəsi silsilədir.Mənim ona qarşı hörmətim,izzətim,günü-gündən artdıqca o sevgisi bir o qədər (çox!) artır.Bir sözlə yaşam boyu nə qədər mükəmmələ yaxın bir övlad da olsan,ana sevgisinə qarşı həmişə və həmişə 0-1 məğlub şəkildə qalırsan.Çünki heç bir nüans O-nun sənə duyduğu hissə çata bilməz.
Anama baxdıqca düşünürəm,yaş insan həyatının kəmiyyət göstəricisi olsada dolayı və ya bilavasitə yolla keyfiyyətə (zahiri görünüşə) təsir edir.Necə ki anamin qara tellərində hər dəfə ağ saç görəndə san ki,ürəyimə bir daş toxunur.Ürəyimin həzin səsi anamin saçinin hənası olaydim kaş..deyir...
Bəzən isə düşünürəm anam mən evə gec gələndə nigaran qalır.Bəlkə də övladı tez evə gəlsin,onu görsün deyə ona qurban deyir,qoyundan,quzudan..Amma mən hər anama baxdıqca dünya malindan qurban demirəm...Kaş özüm qurbanin olum Ana deyirəm...
Bəzən isə bu ilahi varlığa ən bahalı hədiyyə almağı düşünürəm,amma çoxdur hədiyyə qiymətli zinətlər,qiymətli daşlar....Amma əsl hədiyyəni sən verdin mənə,həyat verərək.Həmdə öz ömrümdən ömür bagışlayaraq.....
50-ini adlayıb,60 yaşa yaxınlaşdığını düşünürəm.Sən əyilib qalxarkən sənə bilək uzatdığımı düşünürəm...Sən qocalıb ürəyin yavaş döyünəndə isə,mən sənin ürəyin olmağı düşünürəm ANA!
....Və nə yaxşı ki,Allah öz isminin ilk hərfindən bəhrələnərək yaratdığı varlıq mənim Anamdır.