İnsanlar bir-birlərini sevdikləri halda belə ayrılıqdan danışmaq məcburiyyətində qalırlar. Bu vaxt ayrılığa yaxşı tərəfindən baxmaq lazımdır. Bəlkə də sizin ayrılıq deyə başa düşdüyünüz şey, əslində əlaqənizi gücləndirmək üçün işə yarayacaq.. Çünki ayrılıq həmişə sevgi bitdiyi üçün olmaz, bəzi problemlər əlaqənin bitməsi üçün kifayətdir.
Ayrılığın faydalarını oxuduğunuz zaman, bunun sizin üçün sağlam bir qərar olduğunu, problemlərdən xilas olduğunuzu görə biləcəksiniz.
Ehtiyacınız olan sərbəstliyə çatarsınız
Bir əlaqəni sonlandırmağın bəlkə də ən əhəmiyyətli faydası, ehtiyacınız olan sərbəstliyə sahib olmaqdır. Hər kəsin buna ehtiyacı vardır. Sevgiliniz çox diqqətli və qarşılığında diqqət gözləyən biridirsə və siz buna vərdişkar deyilsinizsə özünüzü çox sıxılmış hiss edə bilərsiniz. Əlaqəni sonlandırmaq, özünüzü rahatlaşdırmaq və özünüz üçün lazım olan aralığı tutmaq üçün bir fürsət ola bilər.
Nə istədiyinizə qərar verərsiniz
Bəzən iki insan fərqli şeylər istəyər. Sevgilinizlə həyatdan gözlədikləriniz, birlikdə yaşadığınız həyatın gedişatı ilə əlaqədar fərqli istəkləriniz ola bilər. Ayrılıq sizin uzun və davamlı bir əlaqə, evlilik ya da uşaq istəyib- istəmədiyinizə; fərdi olaraq məktəbə gedib fərqli bir sahədə professionallaşma, kariyerinizə fərqli bir istiqamət vermə ya da yeni bir işə girmə istəyiniz olub olmadığına qərar vermənizi təmin edər.
Aşiq olub olmadığınızdan əmin olarsınız
Yoldaşınıza həqiqətən aşiq olub olmadığınızdan əmin deyilsinizsə, ayrılıq bunu başa düşməniz üçün böyük bir fürsətdir. Birinin yoxluğu, onun haqqında ürəyinizdən keçən hissləri ortaya çıxarmanıza kömək edər. Yoxluğunu həqiqətən hiss edir və onsuz etdiyiniz işlərdən zövq almırsınızsa, siz onu həqiqətən sevirsiniz deməkdir. Ya da tam tərsi… Heç ağılınıza belə gəlmir. Həyat onsuz daha gözəldir. Daha əvvəl də dediyimiz kimi, çox gec olmadan fərq hiss etmək bir qazancdır.