Məşhur rusiyalı futbolçu Türkiyədə futbol oynamaq istəmir

Son güncelleme: 29.12.2011 11:59
  • noimage

    "Fənərbağça"nın transfer hədəfində olan rusiyalı futbolçu Roman Pavlyuçenko Türkiyəyə getmək istəmir.

    Qol.Az-ın məlumatına görə, "Tottenhem"in futbolçusunun meneceri Oleq Artemov da bu xəbəri təsdiqləyib.

    Onun sözlərinə görə, Pavlyuçenko Türkiyədə futbol oynamaq istəmir və o, karyerasını İngiltərədə davam etdirmək niyyətindədir:

    "Fənərbağça" və digər türk klublarına hörmətlə yanaşırıq. Ancaq Pavlyuçenko Türkiyədə futbol oynamaq istəmir. Bilirəm ki, onun bu düşüncəsi dəyişməyəcək. Futbolçu ilə bir çox klub yaxından maraqlanır. Lakin Roman İngiltərədə qalmağı planlaşdırır".

    Qeyd edək ki, Pavlyuçenkonun "Tottenhem"lə 2013-cü ilin iyununa kimi müqaviləsi var. Futbolçunun təzminat dəyərinin isə 8,5 milyon avro olduğu bildirilir.
#29.12.2011 11:59 0 0 0