Dünya şöhrətli aktrisa Monika Belluci İstanbul boğazında villa almaq istəyib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, iranlı rejissor Bahman Ghobadinin “Kərgədan mövsümü” filmində çəkilmək üçün ilk dəfə gəldiyi və bir müddət yaşadığı İstanbulda boğazı ətrafına heyran qalan aktrisa əri Vinsent Kassellin də razılığını aldıqdan sonra villa axtarışına çıxıb.
Lakin Monika Belluci İstanbul boğazı ətrafındakı villaların qiymətinin 10 milyon dollardan başlandığını öyrənəndə şoka düşüb və burada ev almaq istəyindən vaz keçib. Bu villaları almaq üçün pulunun yetməyəcəyini bildirən Monika Belluci bildirib ki, heç İtaliyada Como gölü ətrafında belə evlərin qiyməti bu qədər baha deyil, 1 milyon dollardan başlayır.