500 q qiymə (istənilən, zövqə görə)
100 q çörək
200 ml süd
150 q soğan
150 q yerkökü
5 yumurta
duz
istiot
bitki yağı
Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin xırda gözündən keçirin. Çörəyi süddə isladın. Sonra azca sıxıb qiymə ilə qarışdırın. Soğanı, yerkökünü, 1 yumurta, duz, istiot əlavə edib qarışdırın. Qiyməni 4 yerə bölün. Hər birindən yuvacıq düzəldib yağlanmış siniyə düzün. Hər yuvacığın içinə bir yumurta qırıb azca duz vurun. 180 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə bişirin.