Yeni İl süfrəsi üçün içi doldurulmuş kartof

Son güncelleme: 29.12.2011 14:07
  • Yeni İl süfrəsi üçün içi doldurulmuş kartofun terifi,terkibi ve hazırlanması

    noimage

    Tərkibi:

    1 kq kartof
    1 kq hisə verilmiş ət (toyuq və ya mal)
    200 q pomidor
    50 q pendir
    göyərti
    mayonez
    duz
    istiot

    Kartofu qabıqlı olaraq duzla suda bişirin. Soyudub təmizləyin. İki yerə bölün. Çay qaşığının köməyilə ortasını oyun. Oyduğunuz kartofu kubik doğrayın. Hisə verilmiş əti kubik doğrayın. Göyərtini xırda doğrayın. Pomidoru kubik doğrayın. Kubik doğradığınız kartofu, əti, pomidoru və göyərtini qarışdırın. Azca duz, istiot, mayonez vurub qarışdırın.
    Kartofların içini doldurun.

    Pendiri sürtgəcin xırda gözündən keçirib kartofların üstünə səpin. Siniyə düzüb 180 dərəcə qızdırılmış sobada üstü qızaranadək bişirin.

    Nuş olsun!
#29.12.2011 14:07 0 0 0