Noyabr 19-da Koreya Xarici Dillər Universitetində “Türk və Azərbaycan dilləri fakültəsi”nin təşkilatçılığı ilə tələbə və məzunlar üçün “Homecoming Day ‘’ mədəniyyət tədbiri keçirildi.
Tədbirdə ilk olaraq “Türk və Azərbayca dilləri fakültəsi”nin dekanı Oh Chong Jin çıxış edərək fakültə haqqında məlumat verdi və hər il fakültədə təhsil alan tələbələrin sayının artmasını vurğuladı. Çıxışlardan sonra tələbələrin ifasında konsert proqramı oldu.
BUTA Azərbaycan–Koreya Tələbə Təşkilatının Koreya Xarici Dillər Universitetində fəaliyyət göstərən mədəniyyət dərnəyinin koreyalı tələbələri Azərbaycanın “Naz eləmə” milli rəqsi ilə çıxış etdilər. Milli rəqsimizi tədbir iştirakçıları maraqla qarşıladı. Tələbələrin çıxışından sonra dərnəyin rəhbəri Zaur Səfərov onlara Azərbaycanla bağlı hədiyyələr təqdim etdi.
Tədbirdə həmçinin qonaqlar koreyalı tələbələrin ifasında türk mahnıları da dinlədilər. Konsert proqramı bitdikdən sonra qonaqlara ziyafət verildi.