Düşənbə milisi 24 yaşlı şəhər sakini Pərviz Davlatbəyova silahlı hücumda şübhəli sayılan 3 nəfəri saxlayıb.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Pərviz Davlatbəyov yeni il gecəsi Şaxta Baba paltarında evə qayıdarkən bir qrup sərxoş insanın hücumuna məruz qalıb.
Ağır bədən xəsarəti alan Pərviz Davlatbəyov noyabrın 2-də Düşənbədəki klinikaların birində həyatını itirib.
Pərviz Davlatbəyova hücumda iştirak edən digər şəxslər də axtarılır.