Tarkanın Bakıda Yeni İl şousu - FOTO

Son güncelleme: 04.01.2012 12:53
  • noimage

    Türkiyəli meqastar Tarkan Bakıda çoxlu sayda pərəstişkarına unudulmaz Yeni İl gecəsi həyəcanı yaşadıb.

    Lent.az-ın məlumatına görə, düz gecəyarısı “Baku Expo Center”də səhnəyə çıxan estrada ulduzu sevilən mahnıları ilə tamaşaçıları məst edib.


    O, təqribən 2 saatadək səhnədə qalıb. Hədsiz istək qarşılığında yenidən səhnəyə qayıdan Tarkan daha 2 mahnı səsləndirib. Azərbaycanlı fanatlar maraqlı bannerlərlə sənətçiyə olan sevgilərini ifadə ediblər. Onların arasında “Varlığın 1001 ömrə bərabərdir” şüarı xüsusilə seçilib.


    Çoxsaylı pərəstişkarı ona toxuna bilmək üçün bir-birini əzməkdən də çəkinməyib. Özünə olan diqqətdən xeyli məmnun qalan Tarkanın üzündən gülüş əksik olmayıb. Onun səhnədə göstərdiyi şoular böyük alqış toplayıb. Azərbaycanca “Yaxşı il” arzulayan meqastar 2012-ci il arzularını da çatdırıb: “2012-ci il siz azərbaycanlı qardaşlarımıza və bütün dünyaya sülh gətirsin. Dünyada sülh olarsa, hər şey çox gözəl olar. Yeni İldə yeganə istəyimiz hər kəsin ürəyi istədiyi kimi yaşamasıdır”.


    Qeyd edək ki, Bakıya 13 TIR-la gələn Tarkan bir gecəlik səhnədə olması üçün 1 milyon türk lirəsi (təqribən 500 min manat) qonorar alıb.


    noimage

    noimage
#04.01.2012 12:53 0 0 0