Məni nə qədər sevirsən deyə soruşdum...
Bir ovuc içi qədər dedi...
Əllərimi açdım ovuclarıma baxdım..
Bu qədər mi?-Dedim..
Bəli bu qədər dedi... Sənə açıqlayaram bir ara...
Bəs sən?-dedi..Sən nə qədər sevirsən məni?
Bilmirəm amma səninkindən çox dedim..
Yağışlı bir bahar axşamı yolda gedərkən ovuc içi qədər
sevmək nə demək açıqla dedim.. Ovuclarım çox
kiçik məni bu qədər az sevə bilməzsən-dedim ...
Əllərimden tutdu,ovucumu sol sinəsinin üstünə qoydu və
bir ovuc içinə sığana bax-dedi... Ürəyi bir ovuc içim qədər idi..
Mən səni ovucunun içindəki qədər sevirəm dedi..
-Bütün ürəyim sənindi..
Susdum və Məni həqiqətən sevdiyinə o axşam inandım...